Çinin Tayvana mümkün müdaxiləsinin müzakirə olunduğu vaxtda İngiltərənin təqaüdçü qırıcı pilotlarının yüksək maaşla Çin Hərbi Hava Qüvvələrinin personalına təlim keçdikləri üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə BBC diplomatik mənbələrə istinadən məlumat yayıb.
Telekanal ingilis mütəxəssislərin yük maaş müqabilində Çin Müdafiə Nazirliyi tərəfindən işə götürüldüklərini iddia edir.
Məlumata görə, 30-a yaxın keçmiş pilot Çin Xalq Azadlıq Ordusunun hava personalına təlim keçmək üçün bu ölkəyə gəlib.
İngiltərə Müdafiə Nazirliyindən BBC-yə bildirilib ki, pilotların təlimi və işə götürülməsi heç bir ölkə qanunlarını pozmur, amma İngiltərə və Britaniya Krallığının digər ölkələrinin rəsmi qurumları belə fəaliyyətlərin qarşısını almağa çalışırlar.
BBC bəzi təlim paketlərinin 270 min dollara başa gəldiyini iddia edir.
Çində təlim keçən mütəxəssislərin “Eurofighter Typhoon”, “Jaguar”, “Harrier” və “Tornado” kimi hərbi təyyarələrin pilotları olduğu düşünülür.