27 Oktyabr 2022 09:32
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Fars əyalətinin Şiraz şəhərindəki Şahçıraq türbəsinə silahlı basqınla əlaqədar əyalətdə üç günlük matəm elan edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fars əyalətinin valisi İsmayıl Məhbipur açıqlama verib.

“Şahçıraq türbəsində baş verən terror aktı və bu hücumda həyatını itirən vətəndaşlarımız üçün Fars əyalətində üç günlük matəm elan edilib”, - vali deyib.

Gecə saatlarında üç silahlının Şahçıraq türbəsinə hücumunda 20 nəfər həyatını itirib, 40 nəfər yaralanıb. İŞİD hücumun məsuliyyətini öz üzərinə götürdüyünü açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu