29 Oktyabr 2022 17:40
5 726
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynadakı müharibə üçün Rusiyanı silahla təmin edən İranın şər fəaliyyətinə qarşı çıxmaq üçün bütün vasitələrdən istifadə etməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

“Biz diqqətimizi İranın PUA texnologiyasının yaratdığı təhlükəyə yönəlmişik”, - Prays bildirib.

Onun sözlərinə görə, İranın pilotsuz təyyarələri artıq İraq və Suriyada döyüş əməliyyatlarında istifadə olunub və hazırda bunlar Rusiyaya ötürülür:

“Əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik. Bilirsiniz ki, cəmi bir neçə həftə əvvəl bu texnologiyaların bəzilərinin yayılmasına görə məsuliyyət daşıyanlara qarşı növbəti sanksiya paketini təqdim etmişik. Bizim əlavə alətlərimiz də var. Bu, sanksiyalardan və digər iqtisadi tədbirlərdən kənara çıxır. Bu texnologiyanın İrandan dünya ölkələrinə və təşkilatlarına axınına qarşı çıxmaq və bu fəaliyyəti pozmaq üçün son nəticədə öz maraqlarımıza uyğun olanı edəcəyik”.

O əlavə edib ki, ABŞ öz addımlarını elan etməyəcək, amma hər şeyə hazırdır:

“Bütün vasitələrdən istifadə edəcəyik. Nəhayət, bu zərərli hərəkətlərin yaratdığı təhlükəni aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik".


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər