31 Oktyabr 2022 17:34
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın paytaxt Kiyevdə su və elektrik enerjisinin verilişində fasilələr yaranıb. Səhər düşmən zərbələrindən sonra paytaxtda 350 min mənzil susuz və işıqsız qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

“Mütəxəssislər su qurğularının işini tez bir zamanda bərpa etmək üçün çalışırlar. İndi Kiyev yaxınlığındakı elektrik qurğusunun zədələnməsi səbəbindən paytaxtda istehlakçıların 80%-i susuz qalıb. Hər ehtimala qarşı, sizdən xahiş edirik ki, yaxınlıqdakı nasosxanalardan və satış məntəqələrindən su ehtiyatı toplayın. Mütəxəssislər Kiyev sakinlərinin mənzillərinə suyun qaytarılması üçün əlindən gələni edirlər”, - mer bildirib.

Kliçko onu da deyib ki, energetiklər işıqsız qalan 350 min mənzilin elektrik təchizatının bərpası üzərində də işləyirlər.

“Hava Hücumundan Müdafiə sisteminin işi sayəsində Kiyev şəhərinə Rusiya raketləri tərəfindən zərbə endirilməsə də, bölgədəki zərbələr paytaxtın su və enerji təchizatına təsir göstərib”, - Kiyev şəhər hərbi administrasiyası qeyd edib.


Müəllif: Nemət

Oxşar xəbərlər