Ukrayna Silahlı Qüvvələri Snıqırevka ərazisində rus ordusunun qüvvələrini hədəfə alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı Feysbuk səhifəsində məlumat yayıb.
“Ordumuzun aviasiyası Nikolayev vilayətinin Snıqırevka rayonundakı düşmən qalasında işğalçı şəxsi heyətin cəmləşməsini hədəfə alıb. Müdafiə Qüvvələrinin artilleriya və reaktiv yaylım atəşi sistemləri gün ərzində düşmən mövqelərinə və düşmənin cəmləşdiyi ərazilərə zərbələr endirib. 180-ə yaxın atəş tapşırığı yerinə yetirilib”, - məlumatda bildirilir.
Bu arada Qara dəniz akvatoriyasında raket silahlarından istifadəyə hazır vəziyyətdə səkkiz “Kalibr”lə təchiz olunmuş yüksək dəqiqlikli qanadlı raketlərin bir daşıyıcısı var. Qara dənizdəki düşmən gəmi qruplarının ümumi sayı 7 gəmi və qayıqdan ibarətdir və onlar Krımın cənub sahillərində manevrlərini davam etdirirlər.