Sünnilərin üstünlük təşkil etdiyi Sistan-Bəlucistan əyalətinin Həş şəhərində cümə namazından sonra keçirilən etirazlarda molla rejiminin təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində həyatını itirənlərin sayı 16-ya çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə sünni din alimi Mövləvi Əbdülhəmid İsmayılzehi məlumat verib.
O, çox sayda ölənlə yanaşı, onlarla yaralının olduğunu da bildirib.
Təhlükəsizlik qüvvələrinin qeyri-mütənasib güc tətbiqini tənqid edən din adamı deyib:
“Həş şəhərindəki regional adiministrasiyanın binası qarşısına toplaşan izdiham şüarlar səsləndirib və binaya daş atıb. Təhlükəsizlik qüvvələri atılan daşlara odlu silahlardan atəş açaraq cavab verib”.
İsmayılzehi əlavə edib:
Həşdə azı 16 nəfər ölüb, onlarla insan yaralanıb. Sistan-Bəlucistan əyalətində polisin münasibətinin digər əyalətlərdən niyə fərqli olduğu məlum deyil. Bu dövlətdə insanlar amansızcasına öldürülür, qana bələnir.
Dünən - qanlı cümə günü Zahidan şəhərində, bu gün isə Həşdə baş verən qanlı fəlakət zülm və ayrı-seçkiliyin ölçülərini ortaya qoyur. Mən bu faciəni qınayıram. Həyatını itirənlərin ailələrinə başsağlığı verirəm”.