9 Noyabr 2022 13:09
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden 1979-cu ildən İrana qarşı nəzərdə tutulan fövqəladə vəziyyətin müddətini uzadıb.

Teleqraf.com xəbər verir ki, Amerikanın İrana qarşı sanksiyalarının davam etdirilməsi barədə Ağ Evin Baydenin adından verdiyi açıqlamada bildirilib.

“İranla bağlı 12.170 saylı sərəncamı ilə elan edilmiş milli fövqəladə vəziyyətin müddətini bir il uzadıram”, - Baydenin deyib.

Açıqlamada qeyd olunub ki, ABŞ-ın addımları İrandakı vəziyyətlə bağlı Amerikanın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün xarici təhdidlərə qarşı mübarizə aparmaq zərurətindən irəli gəlir.


Müəllif: Mənsur Rəğbətoğlu