ABŞ Donanmasının Bəsrə Körfəzindəki USS Ponce gəmisinə yerləşdirilən lazer silah sistemi dörd aylıq test prosesinin sonunda gözlənilən nəticələri verib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ Donanması, "LaWS" adı verilən lazer silah sisteminin sınaqlarının görüntülərini ilk dəfə nümayiş edilib.
Yeni silahın gözlənilənin əksinə səs çıxarmır və ya işıq topları göndərmir.
Silah su və hava hədəflərini uğurla məhv edib. Təxminən bir il əvvəl USS Ponce gəmisinə yerləşdirilən lazer silah sisteminin 40 milyon dollara başa gəldiyi söylənilib.
Teleqraf.com silahın sınaqlarından olan videonu təqdim edir :
Rüstəm