Vatikan kardinalı Anjelo Beççu və digər şəxslər əlbir olaraq cinayətdə iştirak etməkdə şübhəli bilindikləri üçün istintaq cəlb olunublar.
Teleqraf.com xəbər verir ki, bu barədə "ANSA" agentliyi xəbər verib.
O, 2014-cü ildə Londonda 124 milyon funt sterlinqə (bugünkü məzənnə ilə təxminən 150 milyon dollar) daşınmaz əmlakın alınması ilə bağlı qanun pozuntuları və sui-istifadələr barədə cinayət işi üzrə istintaqa cəlb olunub.
Söhbət Vatikan tərəfindən Londonun mərkəzindəki binanın ianə hesabına sərmayə kimi qabaqcadan bilərək yüksək qiymətə alınmasının qalmaqallı hadisədən gedir. Proses zamanı iş üzrə şahid qismində çıxış edən auditorlar bildiriblər ki, Londonda daşınmaz əmlakın alınmasına qoyulan sərmayədən itkilər 89 milyon funt sterlinq təşkil edib (bugünkü məzənnə ilə demək olar ki, 106 milyon dollar).