"Rusiya müharibədə zəiflik nümayiş etdirir".
Teleqraf.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland ukraynalı jurnalistlərlə görüşündə deyib.
O bildirib ki, Baxmutun yaxınlığında baş verənlərə baxın:
"Birinci Dünya müharibəsindəki səngər döyüşünə bənzəyir. Rusiya ordusu Ukraynanın güclü müdafiə xəttini yara bilmir. Kreml hazırda sülh danışıqlarına tamamilə hazır deyil".