Amerikalı sahibkar, “Tesla”, “SpaceX” şirkətlərinin və “Twitter” sosial şəbəkəsinin sahibi artıq planetin ən varlı adamı deyil.
Teleqraf.com xəbər verir ki, o, zənginlərin reytinqində birinci yeri LVMH dəb evinin sahibi Bernar Arnoya güzəştə gedib.
“Louis Vuitton Moet Hennessy” rəhbəri ötən il də dünyanın ən varlı adamı olub. O zaman onun sərvəti 186,3 milyard dollar olaraq qiymətləndirilib.
Maska gəlincə isə iş adamı “Twitter”i satın alaraq 74 milyard dollar itirib və onun sərvəti aprelin ortalarındakı 200 milyard dollardan aşağı düşüb.