21 Dekabr 2022 00:42
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev Gürcüstanda həbsdə olan Mixail Saakaşvilinin təhlükəsizliyini və lazımi müalicəni təmin etməyə hazırdır”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixail Podolyak tviter hesabında yazıb.

Qeyd edək ki, bir neçə gün öncə Ukrayna Prezidenti Volodimir Zelenski eks-prezindent Mixail Saakaşviliyə görə Gürcüstan xalqına müraciət edib.

Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. O, cari ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 9 il müddətinə azadlıqdan məhrum olunub. Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı.


Müəllif: Teleqraf.com