Çoxlu sayda miqrantı daşıyan üç avtobus ABŞ-ın vitse-prezidenti Kamala Harrisin Vaşinqtondakı iqamətgahının önünə göndərilib.
Teleqraf.com xəbər verir ki, Ağ Ev bunu vaxtilə şimal şəhərlərinə miqrant dolu avtobuslar göndərən Texas qubernatoru Qreq Abbottun üzərinə atıb. Amma bu iddia təsdiqlənməyib.
NBC baş verənləri “qəddarlıq”, “təhlükəli” və “biabırçı tamaşa” adlandırıb.
Ağ Evin sözçüsü Abdullah Həsənin məsələ ilə əlaqədar açıqlaması belə olub:
“Qubernator Abbott Milad ərəfəsində heç bir federal və ya yerli hakimiyyət orqanları ilə razılaşdırmadan uşaqları şaxtalı soyuqda yolun kənarına atdı”.
Onun sözlərinə görə, qaçqınların bir qisminə ədyal verilərək ərazidəki sığınacaqlara aparılıb.
Miqrant Həmrəyliyi Qarşılıqlı Yardım Şəbəkəsinin rəhbəri Madxvi Baxl NBC-yə deyib ki, Mərkəzi və Cənubi Amerika və Karib hövzəsi ölkələrindən təxminən 140 miqrant Texasdan Vaşinqtona gəlib. O, hadisəsini “qorxunc” adlandırıb.
Şəbəkənin nümayəndəsi Emi Fişer isə CNN-ə belə deyib: “Vaşinqton aprel ayından bəri Texasdan gələn avtobusları qarşılayır. Milad ərəfəsində və dondurucu soyuq havada heç bir fərqi yoxdur. Burada insanları həmişə qucaq açıb qarşılayırıq".