Rusiya xarici işlər naziri Sergey Lavrov Yunanıstanın Ukraynaya S-300 hava hücumundan müdafiə sistemləri vermə ehtimalından danışıb.
Teleqraf.com xəbər verir ki, Lavrov bu sistemlərin əvvəlcə Cənubi Kiprdə yerləşdirilməsinin, sonra Yunanıstana çatdırılmasının planlaşdırıldığını deyib.
“Səfirimizə Yunanıstan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinə müraciət edərək bu sistemlərin Yunanıstana çatdırıldığını xatırlatmağı tapşırdıq. Müqaviləyə əsasən, Yunanıstanın bizim icazəmiz olmadan bu sistemləri heç kimə ötürmək hüququ yoxdur. Bunu yunanlara xatırlatdıq. Bizə dedilər ki, öhdəliklərinə əməl edirlər”, - nazir bildirib.
Lavrov bu kimi məsələləri yaxından izlədiklərini söyləyib və əlavə edib:
“Ayıq-sayıq olmalıyıq. Çünki bir çox qanunsuz işlər “Ukraynanı xilas edəcəyik, çünki Ukrayna Avropadır” şüarı ilə görülür”.