6 Yanvar 2023 10:13
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukraynaya yeni böyük hücuma başlamaq niyyətindədir”.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Onun sözlərinə görə, Rusiya böyük hücum üçün əlavə qüvvələri səfərbər etməyi planlaşdırır.

“Şübhə etmirik ki, Rusiya rəhbərliyi müharibənin gedişatını dəyişmək və heç olmasa məğlubiyyətini gecikdirmək üçün əlindən gələni edəcək. Rusların bu ssenarisini pozmalıyıq. Terrorçuları məğlub etmək lazımdır, onların yeni hücum cəhdləri uğursuz olmalıdır”, - Ukrayna lideri vurğulayıb.

Rəsmi Kiyev həftələrdir Putinin kişilərin hərbi xidmətdən yayınmasının qarşısını almaq üçün növbəti kütləvi hərbi çağırış və sərhədləri bağlamağı planlaşdırdığını bildirir. Sentyabrda elan edilən ilk səfərbərlikdən sonra yüz minlərlə kişi Rusiyanı tərk edib.


Müəllif: Mənsur Rəğbətoğlu