15 Yanvar 2023 01:10
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin hakimiyyəti 8 dekabr 2022-ci ildən 2023-cü il yanvarın 12-dək Çin tibb müəssisələrində COVID-19-dan 59 938 ölüm faktının aşkar olunduğunu bildirib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, onlardan təxminən 5,5 min nəfəri koronavirusun yaratdığı tənəffüs problemləri səbəbindən dünyasını dəyişib, 54 min çinlidə isə COVID-19 digər xəstəliklərin yaratdığı problemləri kəskinləşdirib. Ölənlərin orta yaşının 80-ə yaxın olduğu vurğulanır.

Çinli mütəxəssislərin fikrincə, Çində xəstəliyin yayılması pik həddi keçib.


Müəllif: Pərvin Cəfərova