16 Yanvar 2023 11:07
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynadakı hərbi strategiyası dəyişir.

Teleqraf.com-un məlumatına görə, bunu Finlandiya Prezidenti Sauli Ninistö deyib.

Prezident İsveçin “Dagens Nyheter” qəzetinə müsahibəsində bildirib ki, bu, sadəcə olaraq əsgərlər arasında müharibə deyil:

“Bu, Ukrayna cəmiyyətinə, infrastrukturuna və sadə insanlara qarşı müharibədir. Putin poker oynayır və hər şeyi karta qoyur. Vəziyyət əvvəl təsəvvür ediləndən qat-qat pisdir. Əvvəlcə belə görünürdü ki, Putin sadəcə olaraq Ukraynanı təhdid etmək üçün kifayət olduğunu düşünərək böyük səhvə yol verib. Amma baş verənlər, xüsusən də son aylarda olanlar məsələnin başqa cür olduğunu göstərir".


Müəllif: Nemət