19 Yanvar 2023 09:41
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Evin sözçüsü Karin Jan-Pyer Türkiyəni etibarlı müttəfiq kimi gördüklərini bildirib.

Teleqraf.com xəbər verir ki, Jan-Pyer jurnalistin Finlandiya və İsveçin NATO-ya qəbulu ilə əlaqəli Türkiyənin mövqeyi ilə bağlı suala rəsmi Ankaranın bu mövzuda açıqlama verməsinin doğru olacağını vurğulayıb.

“Türkiyəni etibarlı müttəfiq kimi görürük”, - deyən Ağ Evin sözçüsü Finlandiya və İsveçin ən qısa vaxtda NATO-da görmək istədiklərini və bu çərçivədə iki ölkənin hökumətləri ilə danışıqlar apardıqlarını xatırladıb.


Müəllif: Mənsur Rəğbətoğlu