24 Yanvar 2023 10:05
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus ordusunun Zaporojye bölgəsində uğur qazandığı haqda deyilənlər yalandır. Onlar Baxmutdakı uğursuzluqlarından diqqəti yayındırmaq üçün də hansısa “qələbələrdən” danışmağa çalışırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitunun (ISW) yeni hesabatında deyilir.

“Rusiya qüvvələrinin son 72 saat ərzində Zaporojye bölgəsində uğursuz hücum əməliyyatı həyata keçirməsi ehtimalı var. Rusiya qüvvələri heç bir təsdiqlənmiş ərazi uğuru əldə etməyib”, - ISW qeyd edib.

Analitiklər bundan əvvəl Rusiya Federasiyasının Şerbakov ərazisində hücum kampaniyası keçirmək cəhdlərini elan edən Ukrayna Baş Qərargahının məlumatlarına da istinad ediblər. Yanvarın 22-də Rusiya Müdafiə Nazirliyi Şərq Hərbi Dairəsinin (VVO) bölmələrinin guya Zaporojye vilayətində daha sərfəli mövqeləri ələ keçirdiyini bəyan edib.

Rusiya mənbələri qeyd edir ki, yanvarın 23-nə olan məlumata görə, rus qoşunları Zaporojyedə cəbhə xəttində əraziləri zəbt etməyiblər. Açıq mənbələrdə Roqovun iddialarını təsdiq edən heç bir sübut yoxdur. Rusların bölmələr Novodanilovka və Malı Şerbakovdan təxminən 2-3 km cənubda tarlalarda döyüşürlər.


Müəllif: Nemət