26 Yanvar 2023 10:25
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçdən sonra Finlandiya da Türkiyənin NATO üzvlüyü üçün bu iki ölkəyə şərtlərindən biri olan silah embarqosunun qaldırılması istiqamətində addım atıb.

Teleqraf.com xəbər verir ki, Finlandiya Müdafiə Nazirliyi 2019-cu ildən tətbiq edilən “hərbi texnika ixrac embarqosu”nun ləğv edildiyi və Türkiyəyə silah satışı üçün lisenziya verildiyini açıqlayıb.

Müdafiə nazirinin xüsusi müşaviri Rikka Pitkanen bildirib ki, satış lisenziyası zireh üçün istifadə olunacaq poladın türk şirkətinə satışı ilə bağlıdır.

Finlandiya 2019-cu ilin oktyabrında Türkiyənin Suriyadakı hərbi əməliyyatı səbəbindən qardaş ölkəyə hərbi ixracat üçün lisenziyaları dayandırmışdı. Ötən ilin sentyabrında İsveç Türkiyəyə hərbi ixraca qoyulan qadağanı ləğv etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu