Bolqarıstan Parlamenti Qolodomoru Ukrayna xalqına qarşı soyqırımı kimi tanıyıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski "Twitter"də paylaşım edib.
"Mən Bolqarıstan Parlamentinə 1932-1933-cü illər Qolodomorunu Ukrayna xalqına qarşı soyqırımı aktı kimi tanıdığı üçün minnətdaram. Bu addım milyonlarla Qolodomor qurbanının xatirəsini yad edir və tarixi ədaləti bərpa edir. Bolqarıstanın həmrəylik jesti Ukraynada həmişə xatırlanacaq", deyə Zelenski bildirib.