2 Fevral 2023 15:26
794
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı (Aİ) 18 aydır boş qalan müsəlmanlara qarşı nifrət və ayrı-seçkiliklə mübarizə koordinatoru vəzifəsinə Marion Lisse​ni təyin edib.

Teleqraf.com xəbər verir ki, məlumatı Aİ Komissiyası açıqlayıb.

Bildirilir ki, Marion Lalisse Şərq və Afrika Tədqiqatları Məktəbinin (London Universiteti), Avropa Kollecinin və Tuluza-Mirail Universitetinin məzunudur. O, Yəməndəki müvəqqəti işlər vəkili və Aİ səfirinin müavini vəzifələrində çalışıb, Qana, Mavritaniya, Mərakeşdə Aİ nümayəndəliklərində və Aİ-nin yardım proqramı çərçivəsində müxtəlif vəzifələrdə çalışıb.

Avropa İttifaqının təcrübəli dövlət qulluqçusu olan Lisse Aİ daxilində və müsəlman dünyasında geniş spektrli vətəndaş cəmiyyəti təşkilatları ilə sıx əməkdaşlıq edib, burada dəyərli təcrübə qazanıb.

Aİ hesab edir ki, ərəb dilini bilən fransız Marion Lisse İttifaqa üzv ölkələr, Avropa qurumları, vətəndaş cəmiyyəti və akademik dairələrlə işləyəcək və koordinator bu sahədə çalışan təşkilatlar üçün əsas əlaqə nöqtəsi olacaq.

Bəyanatda Aİ Komissiyasının bərabərlikdən məsul üzvü Helena Dallinin də fikirləri yer alıb: “Təhsil, məşğulluq və sosial siyasət də daxil olmaqla həyatın bütün sahələrində anti-müsəlmanlıqla mübarizə aparılmalı, bu sahədə bütün hallar üzrə məlumatlar toplanmalıdır”.

Marion Lisse öz Tvitter hesabında verdiyi açıqlamada təyinatından qürur duyduğunu bildirib: “Bu, bizim birgə səy və qətiyyətimizi tələb edən mühüm bir məsələdir”.

Qeyd edək ki, Avropada anti-müsəlman əhval-ruhiyyəsinin artdığı bir vaxtda Aİ bu mövqeyi boş qoyduğu üçün tənqid edilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər