3 Fevral 2023 20:13
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna mümkün qədər tez uzaqmənzilli silahlar alarsa, ordumuz Baxmutdan uzaqlaşmayacaq, hətta əvvəllər ruslar tərəfindən işğal olunmuş şərq rayonlarının ərazilərini işğaldan azad etməyə başlayacaq".

Teleqraf.com xəbər verir ki, bunu bu gün Kiyevdə keçirilən mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

"Baxmutu heç kim təslim etməyəcək. Bacardığımız qədər döyüşəcəyik. Baxmutu öz qalamız hesab edirik... Sürətli silah, ən uzaqmənzilli silah olsa, biz nəinki Baxmutdan uzaqlaşmayacağıq, həm də digər əraziləri azad edəcəyik. 2014-cü ildən işğal altında olan Donbasın işğaldan azad edilməsinə başlayacağıq" - Zelenski əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər