9 Fevral 2023 11:00
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş verən dəhşətli zəlzələnin nəticəsində jurnalistlər arasında da vəfat edənlər var.

Teleqraf.com xəbər verir ki, Dəmirörən Xəbər Agentliyinin (DHA) Hatay müxbiri İzzet Nazlı, həyat yoldaşı Seda Nazlı və uşaqları Esila və Ahmet Eren Nazlı Hatayda yıxılan evlərinin dağıntıları altında həyatını itirib

Antakyanın mərkəzi Memar Sinan küçəsindəki 5 mərtəbəli binanın 2-ci mərtəbəsindəki yaşayan İzzet Nazlı və ailəsini zəlzələ yuxuda yaxalayıb.

Zəlzələnin ikinci günündə axtarış-xilasetmə qrupları və könüllülər tərəfindən aparılan iş nəticəsində zəlzələdən 35 saat sonra İzzet Nazlı, həyat yoldaşı Seda və uşaqları Ahmet Eren və Esilanın cəsədləri tapılıb.

İzzet Nazlı, həyat yoldaşı Seda və uşaqları Ahmet Eren və Esilanın dəfn mərasimi Hatayda keçiriləcək.

Qeyd edək ki, agentliyin digər müxbiri Ömər Qoç da zəlzələdən zərər çəkib. Ömər Qoçun atası Camal Qoç və anası Rəmziyə Koç zəlzələ zamanı yaşadıqları binanın dağıntıları altında qalıblar.


Müəllif: Nemət

Oxşar xəbərlər