12 Fevral 2023 00:28
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı hüquq müdafiəçisi və Yaşıllar Partiyasından ABŞ-ın vitse-prezidentliyinə keçmiş namizəd Ajamu Baraka öz tvitter səhifəsində Vaşinqtonun Ukrayna münaqişəsində daha mühüm vəzifəsi olduğunu açıqlayıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Barakanın iddiasına əsasən Almaniyanın zəiflədilməsi Amerikanın Ukrayna münaqişəsində ikinci vacib işidir.

Belə ki, o, ABŞ-ın “Şimal axını” qaz kəmərlərini zədələməkdə iştirakı ilə bağlı məlumatları şərh edib.

“Mən əvvəldən demişdim ki, ABŞ-ın Rusiya ilə başladığı müharibədə Almaniya həmişə ikinci hədəf olub”, - Baraka sosial şəbəkədə yazıb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər