13 Fevral 2023 19:37
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş verən zəlzələlərə görə NATO ölkələri Türkiyə ilə birgə həmrəylik nümayiş etdirir.

Teleqraf.com xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Stoltenberq fevralın 14-15-də Brüsseldə keçiriləcək NATO Müdafiə Nazirləri Toplantısı üçün mətbuat konfransını Türkiyədə baş verən zəlzələləri xatırlatmaqla başlayıb.

“Fikirlərimiz türk xalqının yanındadır” deyən Stoltenberq, Türkiyəyə NATO üzvü ölkələrin axtarış-xilasetmə işçiləri, yanğınsöndürənlər, səhiyyə işçiləri və zəlzələ mütəxəssisləri kimi bir çox əməkdaşını göndərdiyini bildirib.

NATO ölkələrinin Türkiyəyə müxtəlif sığınacaq dəstəyi verəcəklərini ifadə edən Stoltenberq "müttəfiqimiz Türkiyə ilə güclü həmrəyliyik” ifadəsini işlədib.


Müəllif: Nemət

Oxşar xəbərlər