Fransa prezidenti Emmanuel Makron yeni strategiya çərçivəsində Afrikadakı fransız hərbi bazalarının sayını azaldılacağını bəyan edib.
Teleqraf.com xatırladır ki, Makron 1-5 mart tarixlərində Afrikanın 4 ölkəsinə rəsmi səfər edəcək.
Makron Yelisey sarayında keçirdiyi mətbuat konfransında ölkəsinin yeni Afrika strategiyasını açıqlayıb. O deyib ki, Fransa əleyhdarları Afrika siyasətini bəhanə gətirirlər.
Emmanuel Makron həmçinin Afrika mədəniyyət sərvətlərinin qitəyə qaytarılması ilə bağlı çərçivə qanununun yaxın həftələrdə mədəniyyət naziri tərəfindən parlamentə təqdim ediləcəyini və bunun Avropa tərəfindən qəbul edilən bir yanaşma olacağına ümid etdiklərini deyib.
Qeyd edək ki, Fransanın Malidə, Burkina-Fasoda və digər Afrika ölkələrində hərbi bazaları var.