ABŞ-ın koronavirusla bağlı açıqlamaları heç bir şəkildə inandırıcı deyil.
Teleqraf.com xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning deyib.
Sözçü əlavə edib ki, Pekin Vaşinqtonu elmə və faktlara hörmət etməyə çağırır.
Pandemiyanın başlanğıcında virusun laboratoriyadan yayıla biləcəyi iddiası sui-qəsd nəzəriyyəsi kimi qəbul edilirdi.
Qeyd edək ki, bu həftə ABŞ Prezidenti Co Baydenə COVID-19-la bağlı hesabat təqdim edilib.
ABŞ Energetika Nazirliyi virusun sızmasının mümkünlüyünü qeyd etsə də, əllərində fakt olmadığını vurğulayıb. ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktoru Kristofer Rey isə belə deyib: "Ehtimal ki, bu virus Çinin nəzarəti altında olan laboratoriyadan sızıb".
Bu da rəsmi Pekini hövsələdən çıxarıb.