11 May 2014 22:29
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donetsk vilayətinin Krasnoarmeysk şəhərinə Ukrayna Milli qvardiyanın hissələri daxil olub.

Hökumət qoşunları yerli şəhər sovetinin və polis bölməsinin binalarını nəzarətə götürüblər.

Separatçı “Donetsk xalq respublikasının” nümayəndəsi Miroslav Rudenko bildirib ki, şəhərdə referendum təşkil edənlər bütün sənədləri və bülletenləri gizlədə biliblər. Bəzi Ukrayna mətbuatı isə yazır ki, təhlükəsizlik qüvvələri bülletenləri müsadirə ediblər.

İstənilən halda, Krasnoarmeyskdə referendum dayandırılıb.

Separatçıların nümayəndəsinə əsasən, baş verənləri narazılıqla qarşılayan şəhər sakinləri kortəbii mitinqə toplaşırlar.

Xatırladaq ki, mayın 11-də Donetsk və Luqansk vilayətlərində yaraqlı separatçıların təşəbbüsü və təşkilatçılığı ilə Ukraynanin bu şərq bölgələrinin müstəqilliyi haqda referendum keçirilir. Rəsmi Kiyev referendumları qanuna zidd adlandırır, referendum təşəbbüskarları olan silahlı qruplaşmalara qarşı xüsusi əməliyyatlar həyata keçirir.

Son günlər Slavyansk, Kramatorsk və Mariupol şəhərlərində yaraqlılarla hökumət qoşunları arasında silahlı toqquşmalar verib, bu toqquşmalarda hər iki tərəfdən və dinc əhali arasında onlarla adam həlak olub, çoxlu yaralananan var./anspress/


Müəllif: