6 Mart 2023 12:26
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu bir günə Rusiyanın 13 pilotsuz uçan aparatını (PUA) məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının sözçüsü Yuri İqnat məlumat verib.

Onun sözlərinə görə, Rusiya ordusu martın 6-na keçən gecə ümumilikdə Ukrayna ərazisinə 15 PUA buraxıb:

“Pilotsuz təyyarələr şimal istiqamətindən buraxılıb, onlardan 13-ü hava hücumundan müdafiə vasitələri tərəfindən məhv edilib. Belə bir yaxşı nəticəmiz var”.

İqnat bildirib ki, söhbət İran istehsalı “Şahid-131” və “Şahid-136” dronlarından gedir.


Müəllif: Mənsur Rəğbətoğlu