Rusiya Prezidenti Vladimir Putinin həbsinə dair order “sehrli çubuq” deyil, amma məhkəmə zamanı verilən həbs qərarlarının çəkindirici təsirinə inanırıq.
Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Cinayətlər Məhkəməsinin (BCM) sədri Pyotr Hofmanski deyib.
“İnanırıq ki, bu, işimizi yerinə yetirdiyimizə və qurbanların unudulmadığına dair dünyaya çox vacib bir siqnaldır”, - Hofmanski bildirib.
O, Putinin həbsi barədə qərarı Rusiya liderinə qarşı sanksiyalarla müqayisə edib.
Hofmanski 100-dən çox ölkənin Putini həbs etməli olduğuna işarə verib: “Təhlükəsizlikdə olmayacaq 123 ölkə var, onlar dünya ölkələrinin üçdə ikisidir”.
BCM-ə üzv dövlətlərdən Putinin bu ölkələrə səfər edəcəyi təqdirdə onu həbs etmələrini tələb edib-etməyəcəyi ilə bağlı suala Hofmanski BCM-in nizamnaməsinə istinad edib.
“Bütün iştirakçı dövlətlərin məhkəmə ilə tam əməkdaşlıq etmək üçün qanuni öhdəliyi, yəni həbs etmək öhdəliyi var”, - Hofmanski vurğulayıb.
Onun sözlərinə görə, bu qərar “son akkord” deyil, cinayət işi Ukrayna ərazisində törədildiyi iddia edilən digər vəhşilikləri də əhatə etməklə genişləndirilə bilər.