Çin Rusiya ilə birlikdə BMT mərkəzli beynəlxalq sistemin və beynəlxalq hüquqa əsaslanan dünya nizamının keşiyində durmağa hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyaya səfərə gələrkən jurnalistlərə açıqlamasında Çin dövlət başçısı Si Cinpin deyib.
“Çin və Rusiya böyük dövlətlər və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi beynəlxalq məsələlərdə mühüm rol oynayırlar. Çin sülhdən uzaq bir dünyada Rusiya ilə birlikdə BMT mərkəzli beynəlxalq sistemi qətiyyətlə dəstəkləməyə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq münasibətlərin fundamental normalarına əsaslanan dünya nizamının keşiyində durmağa, çoxtərəfliliyi dəstəkləməyə, dünyada çoxqütblülüyü təşviq etməyə, beynəlxalq münasibətləri demokratikləşdirməyə, qlobal idarəetmənin daha ədalətli və rasional istiqamətdə inkişafına kömək etməyə hazırdır”, - Cinpin vurğulayıb.