23 Mart 2023 13:54
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 29-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla görüşəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Xarici işlər nazirləri aktual beynəlxalq məsələlər, o cümlədən İranın nüvə proqramı üzrə JCPOA ətrafında vəziyyət, Suriya, Əfqanıstan, Transqafqaz və təbii ki, Xəzər problemi ilə bağlı maraqlı fikir mübadiləsini davam etdirəcəklər. ", - Zaxarova brifinq zamanı deyib.


Müəllif: Pərvin Cəfərova