26 Mart 2023 08:29
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiyev Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarından sonra Avropanın Moskvaya qarşı sanksiyaları gücləndirəcəyini gözləyir və əks-hücum əməliyyatını həyata keçirmək üçün əlavə silah tələb edir.

Teleqraf.com xəbər verir ki, bunu bazar günü Fransanın LCI telekanalının efirində Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

"Ukraynanın əks-hücum üçün hərbi potensialını artırmaq və Rusiyaya qarşı sanksiyaları gücləndirmək lazımdır", - deyə o, Rusiya rəhbərliyinin qərarına cavab olaraq "Rosatom"a qarşı sanksiyalar tətbiq etməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər