29 Mart 2023 16:44
5 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət ABŞ-ın Türkiyədəki səfirliyində müvəqqəti işlər vəkili vəzifəsində çalışan Filip Kosnett “İncirliyə vida?” adlı məqalə yazıb.

Teleqraf.com xəbər verir ki, Avropa Siyasət Təhlili Mərkəzi (CEPA) tərəfindən dərc olunan məqalədə Kosnett ABŞ-ın İncirlik hava bazasını bağlamasının Türkiyəyə təsir imkanlarının məhdud olduğunu göstərəcəyini bildirib.

Türkiyənin İsveçin NATO-ya üzvlüyünə mane olmasının Ankara ilə təhlükəsizlik sahəsindəki müttəfiqliyi yoluna qoymaq üçün fürsət yaratdığını deyən diplomat 1950-ci illərdə SSRİ-yə qarşı qurulan bazanın sonrakı illərdə ABŞ-ın Yaxın Şərqdəki maraqlarına xidmət etdiyini, amma əvvəlki önəmini itirdiyini qeyd edib.

Kosnett vurğulayıb ki, Prezident Rəcən Tayyib Ərdoğanın NATO-nun genişlənməsinə etirazı və Rusiya sanksiyalarına qoşulmamaq qərarı kimi siyasətləri ABŞ-ın İncirlikdəki mövcudluğunu yenidən nəzərdən keçirməsinin vaxtının çatdığını göstərir.

Ərdoğanın Rusiya lideri Vladimir Putinin maraqlarını müdafiə etdiyi fikri ilə razılaşmadığını söyləyən diplomat Türkiyə prezidentinin məqsədinin NATO-da ölkəsinin veto hüququnu göstərmək olduğunu iddia edib.

NATO və Vaşinqtonun Türkiyənin bu addımlarına qarşı sakit qalmalı və Ankara ilə müdafiə sahəsində əməkdaşlığı davam etdirməli olduğunu deyən Kosnett 14 may seçkilərinin nəticəsi nə olur-olsun, Türkiyəyə ABŞ-dan başqa heç bir NATO üzvünün vazkeçilməz olmadığı mesajının verilməsinin lazım olduğunu bildriib.

İraq və Əfqanıstan müharibələrindən sonra İncirliyin əvvəlki önəmini itirdiyini, Yunanıstan və Rumıniya kimi ölkələrin ABŞ bazalarına ev sahibliyi etmək istədiklərini yazan Kosnett keçmişdə də hərbi bazaların bağlanmasının daha balanslı əməkdaşlığa səbəb olduğunu qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər