30 Mart 2023 16:37
5 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçiriləcək seçkilər yaxınlaşdıqca ABŞ-ın maliyyə qurumları və mediası tərəfindən bu ölkə əleyhinə aparılan kampaniya da gücləndirilir.

Teleqraf.com xəbər verir ki, bir sıra media qurumları Vaşinqtonun Türkiyədə hakimiyyət dəyişikliyinə nail olmaq üçün iqtisadi rıçaqlardan istifadə edəcəyinə diqqət çəkirlər.

Prezident Co Baydenin keçmişdə seçki kampaniyası zamanı dediyi “Ərdoğanı devirmək üçün müxalifəti dəstəkləməliyik” sözü yenidən gündəmə gələrkən, ABŞ qlobal ehtiyat valyutası olan dollardan ölkələrə qarşı silah kimi istifadə etdiyi hər kəsə bəllidir.

Ənənəvi olaraq, bu kampaniyanın da başında Rəcəb Tayyib Ərdoğan hökumətinin xarici siyasətdə müstəqil qərarlardan narahat olan dairələrin dayandığı heç kəsə sirr deyil. Yenə də hədəfdə Türkiyə iqtisadiyyatıdır.

Ötən illərdə bir çox ölkə ABŞ-ın “dollar silahı”na fərqli alternativlər taparkən, Türkiyə Prezident Ərdoğanın çağırışıyla yerli valyuta ilə ticarəti ön plana çıxardı. Daha sonra “Qorunan Lirə Müddətli Depozit” sistemi ilə məzənnə hücumlarının qarşısını aldı.

Mayın 14-də keçiriləcək seçkilər öncəsi ABŞ-ın iki qurumunun türk iqtisadiyyatı ilə bağlı iddiaları diqqət çəkir.

“Bank of America Securities” iqtisadiyyatı sabitləşdirmək üçün dollar/lirə məzənnəsinin 15-25 faiz artması lazım olduğunu iddia edib. Qurumun hesabatında cari balans rəqəmlərinin uzunmüddətli normalarla müqayisə edildiyi bank modelinin dollar/lirənin ədalətli dəyərini 24 lirə olaraq göstərdiyi bildirilib.

Türkiyə iqtisadiyyatı ilə bağlı ikinci xəbər “Bloomberg”dən gəlib. ABŞ agentliyi mayın 14-də keçiriləcək seçkinin nəticələri ilə bağlı qeyri-müəyyənliyin hakim olduğunu, buna görə də investorların türk lirəsinə bağlı aktivlərdən qaçdıqlarını iddia edib.


Müəllif: Mənsur Rəğbətoğlu