30 Mart 2023 17:23
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Baş naziri Binyamin Netanyahunun geri götürdüyü məhkəmə islahatı ilə bağlı günlərdir davam edən nümayişlər Təl-Əviv-Vaşinqton münasibətlərini də gərginləşdirib.

Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Co Bayden kütləvi etirazlara və tətillərə səbəb olan islahatla bağlı narahatlığını ifadə edib.

Amerika liderinə cavab verən Netanyahu “İsrail xarici təzyiqlərə əsaslanaraq qərarlar qəbul etmir” deyib.

ABŞ-ın “Axios” nəşri Baydenin “dərin narahatlıq” ifadəsi ilə İsrail baş nazirinə “güclü mesaj” göndərdiyini yazıb.

ABŞ-ın rəsmi mənbələrinə əsaslanan xəbərdə Baydenin Netanyahunun islahatın təxirə salındığına dair açıqlamasından bir neçə saat əvvəl Amerikanın İsraildəki səfiri Tom Nidz vasitəsilə prosesin dayandırılması mesajını verdiyi bildirilib.

ABŞ rəsmisi İsrail müdafiə naziri Yoav Qallantın Netanyahu tərəfindən işdən çıxarılmasının Ağ Evi təşvişə saldığını və Vaşinqtonun cavabı ilə bağlı məsləhətləşmələrə başlandığını iddia edib. Onun sözlərinə görə, Netanyahu islahatı dayandırmasa, ABŞ-ın reaksiyalarından biri İsrail baş nazirinin 2-ci Demokratiya Sammitinə dəvətini ləğv etmək olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər