31 Mart 2023 17:11
1 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb ölkəni məhv etmək üçün Belarus ərazisini işğal etməyə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa müraciətində deyib.

O, əlavə edib ki, Belarus ərazisində nüvə silahının yerləşdirilməsi ölkənin təhlükəsizliyi üçün zəruridir.

Lukaşenkonun sözlərinə görə, Rusiyanın məhv edilməsi təhlükəsi yaranarsa, Kreml nüvə silahından istifadə edəcək.

“Əgər Rusiya rəhbərliyi vəziyyətin Rusiyanın dağılması təhlükəsi yaratdığını başa düşsə, o zaman ən dəhşətli silahdan istifadə olunacaq. Buna yol vermək olmaz”, - Belarus rəhbəri vurğulayıb.

O, həmçinin qeyd edib ki, ukraynalılar nüvə gücünə qalib gələ biləcəklərinə əbəs yerə inanırlar: “Bu axmaqlıqdır, qalib gəlmək mümkün deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər