Rus ordusu Avdeyevkaya hücum edərək iki nəfəri öldürüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak məlumat verib.
Öldürülənlərdən birinin körpə olduğu bildirilir.
Yermak əlavə edib ki, hücumda iki nəfər yaralanıb.
Həmçinin, fərdi evlərə ziyan dəyib.