19 Aprel 2023 16:10
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Ukraynaya silah göndərəcəyini açıqlayan Cənubi Koreyanı hədələyib.

Teleqraf.com xəbər verir ki, Rusiya rəsmisi Koreyanın bu addımına adekvat cavabının olduğunu iddia edib.

Medvedev bildirib ki, Cənubi Koreya bununla Rusiyanın düşməninə (Ukrayna) kömək etmək istəyini nümayiş etdirir. O, rəsmi Seulun əvvəllər Kiyevə öldürücü silahlar verməyəcəyini açıqladığını deyib.

Onun sözlərinə görə, Rusiyanın buna öz cavabı var, Moskva Şimali Koreyanı ən yeni silahlarla təmin etməyə hazırdır.

“Maraqlıdır, bu ölkənin sakinləri ən yaxın qonşularında – tərəfdaşımız Koreya Xalq Demokratik Respublikasında Rusiya silahlarının ən yeni nümunələrini görəndə nə deyəcəklər?”, - Medvedev vurğulayıb.

Cənubi Koreya Prezidenti Yun Suk Yol bundan əvvəl ilk dəfə olaraq Ukraynaya öldürücü silahların ötürülməsi ehtimalını istisna etməyib. Seul indiyədək Ukraynaya yalnız humanitar və iqtisadi yardım paketləri göndərib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər