Rəsmi Berlin Rusiya diplomatlarının Almaniyadan kütləvi şəkildə çıxarılması ilə bağlı qərar qəbul edib.
Teleqraf.com TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən qeyd olunub ki, Rusiya diplomatlarının Berlindən kütləvi şəkildə qovulmasına qarşılıqlı cavab veriləcək.
“Berlin öhdəliklərini pozub. Onlar Rusiya-Almaniya münasibətlərini məhv etmək siyasəti yürüdürlər”, - Rusiya XİN-dən vurğulanıb.