Bazar günü İspaniyanın Kataloniya Muxtar İcmasında iki yüngül təyyarənin qəzaya uğraması nəticəsində azı dörd nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə regional yanğınsöndürmə xidmətinin press-relizində deyilir.
Məlumata əsasən, hadisə Barselona yaxınlığındakı Moya yaşayış məntəqəsi ərazisində baş verib. Şahid yüngül təyyarənin hündürlüyünü itirdiyini və aerodrom yaxınlığındakı meşəlik ərazidə qəzaya uğradığını gördükdən sonra təcili yardım çağırıb.
Qəza nəticəsində təyyarə yanıb. Yanğın daha sonra söndürülüb.
Bir qədər sonra qəzaya uğrayan ikinci yüngül təyyarə aşkar edilib. O, birincidən təxminən 300 metr aralıda olub.
Qəzalarla bağlı araşdırma aparılır