ABŞ Prezidenti Co Bayden Ağ Evdə Ramazan bayramında təşkil edilən ziyafətdə müsəlman qonağı aşağılayıb.
Releqraf.com xəbər verir ki, qonaq dövlət başçısına ilk müsəlman hakim haqqında danışmaq istəyib. Ancaq Bayden ona baxaraq deyib:
“Buraya çıxıb çıxış etmək istəyirsən? Anam demiş – sus, ay uşaq!”
Ancaq həmin tədbirlə bağlı qalmaqal təkcə bu olmayıb. Belə ki, Nyu-Cersi ştatının Prospekt Park şəhərinin meri Muhəmməd Hayrulu Ağ Evdəki qəbula buraxılmayıb. Məxfi xidmət orqanlarından isə onun niyə Ağ Evə buraxılmadığının izahı verilməyib.