Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqda xüsusi əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, axtarışda olan "Zerdeşt Karadeniz" kod adlı PKK terror təşkilatının xüsusi təyinatlı qrupuna aid Eyvaz Beyaz İraqın Dohuk-Gara bölgəsində zərərsizləşdirilib.
Qeyd edək ki, İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan və Daxili İşlər Nazirliyinin Terrorçu Axtarılanlar siyahısında boz kateqoriyada olan terrorçu Bəyazın təhlükəsizlik qüvvələrinin Zap bölgəsində başlatdığı əməliyyatlara qarşı təşkil edilən hərəkətlərdən məsul olduğu öyrənilib.