Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin Baş Qərargahının iclasını keçirib.
Teleqraf.com xəbər verir ki, Zelenski çıxışında deyib:
“General Sırskinin hesabatını dinlədik, onun komandanlıq etdiyi bölmələr düşməni dayandırıb, hətta bəzi istiqamətlərdə geri çəkilməyə məcbur edib”.
Ukrayna ordusunun “Tavriya” qoşun qrupunun komandiri, briqada generalı Aleksandr Tarnavski də əməliyyat vəziyyəti barədə məlumat verib.
General əməliyyat vəziyyətinə nəzarət etdiklərini söyləyib.