5 Yanvar 2015 15:05
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin investisiyaları dünyanın bütün ölkələrinin iqtisadiyyatlarına qoyulmalıdır və yeni ilin əsas xüsusiyyəti Türkiyənin müxtəlif ölkələrin iqtisadiyyatlarına sərmayə qoyması olacaq.

Bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib. Bu barədə Trend ölkənin "TRT Haber" telekanalına istinadən xəbər verir.

Baş nazirin sözlərinə görə, Türkiyənin makroiqtisadi planları var və ölkənin xaricdəki səfirlikləri həmin dövlətlərdə Türkiyədən olan sərmayəçilərin sayının artmasına kömək etməlidirlər.

Davudoğlu bildirib ki, Türkiyə qonşu ölkələrlə iqtisadi inteqrasiyanı inkişaf etdirməlidir.

Onun sözlərinə görə, Türkiyə hər bir ölkə ilə iqtisadi əlaqələrin genişləndirilməsi strategiyasına malik olmalıdır.

Baş nazir qeyd edib ki, Ankara habelə Çin və Hindistanla da iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir.


Müəllif:

Oxşar xəbərlər