21 May 2023 14:38
9 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Luqanskdakı separatçı qüvvələrin keçmiş komandiri, polkovnik İqor Qirkin (Strelkov) Rusiya ordusunun işğalı altında olan Berdyanskın Ukraynaya təhvil verilə biləcəyini deyib.

Teleqraf.com xəbər verir ki, Strelkov Gürcüstana gedən Rusiya xarici işlər naziri Sergey Lavrovun qızının (qızlıq soyadı Kələntəryan) Ukraynaya “ziyafət”ə göndərməyi təklif edib.

“Heyf ki, Kiyevdə nə kimsə evlənir, nə də Kələntəryan ərə gedir. Əks halda, onlar mütləq Kiyevə uçardılar. Bunun üçün, məsələn, bədbəxt Berdyanskı verərdilər”, - Strelkov bildirib.

Separatçı polkovnik həmçinin Rusiya ilə Gürcüstan arasında hava nəqliyyatının nə üçün bərpa edilməsinə toxunub. Bundan tüklərinin biz-biz olduğunu söyləyib. Strelkov bununla Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarıla biləcəyinə eyham vurub.

İnstaqramda Larovun qızı Katerina Vinokurovanın Gürcüstanın Kaxeti şəhərində beşulduzlu otellərdən birində çəkilmiş fotoları yayılıb. Oxşar paylaşımlar onun dostlarının səhifələrində də görünüb, amma dərhal da görüntülər aradan qaldırılıb.

Məlumata görə, Vinokurova və ya Kələntəryan toy üçün Gürcüstana gedib. Söhbət qaynı Aleksandr Vinokurovun evliliyindən gedir.

Fotoların yayılmasından sonra gürcü fəallar otelin önündə etiraz aksiyası keçiriblər. Onlar rusların oteldən çıxarılmasını tələb ediblər, amma aksiya polisin müdaxiləsi ilə dağıdılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər