29 May 2023 21:16
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Baş naziri Pedro Sançes bazar ertəsi parlamentin buraxılması və iyulun 23-nə növbədənkənar seçkilərin təyin edilməsi barədə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, P.Sançes qərarını Kral VI Filippə bildirib.

Baş nazir qərarını mayın 28-də keçirilən rayon və bələdiyyə seçkilərinin nəticələri ilə izah edib.

12 muxtar icmanın əksəriyyətində səsvermədən sonra Sançesin başçılıq etdiyi İspaniya Sosialist İşçi Partiyasının ənənəvi rəqibi olan mühafizəkar Xalq Partiyası qalib gəlib.

Ölkədə qarşıdan gələn seçkilər 2023-cü ilin sonuna təyin edilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər