31 May 2023 09:52
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin mayın 30-da Moskva və ətraf ərazilərinə pilotsuz təyyarə hücumunun önəmini və təsirini azaltmaq üçün hər şeyi edir. Rusiya lideri bu yolla hücuma vaxtında cavab imkanlarının məhdudluğunu gizlətməyə çalışır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Kreml rəhbəri bildirib ki, Rusiya ordusu Ukraynanın cavabını Donbasda verir və hərbi infrastruktura zərbələr endirir. Kreml Moskvaya PUA hücumunun Rusiyanın zərbələrinə cavab olması barədə kampaniya aparmağa başlayıb.

Ekspertlər hesab edirlər ki, Moskvaya zərbələrin endirilməsindən sonra rus ordusunun keçmiş uğurlarının önə çıxarılması Putinin “Kremlin müvafiq tədbirlər gördüyünü” nümayiş etdirmək cəhdi ola bilər. Çox güman ki, Rusiya prezidentinin bu reaksiyası rus qoşunlarının döyüş meydanında nəticə əldə edə bilməməsindən xəbər verir.

Mayın 30-da Moskvada partlayış səsləri eşidilib. Ardınca Rusiyanın paytaxtına və Moskvaətrafı ərazilərə PUA hücumu barədə məlumat yayılıb. Rusiya Müdafiə Nazirliyi Moskvaya 8, Teleqram kanalları isə 11 dronun atıldığını bildirib.

Məlumata görə, hücum zamanı bir sıra dövlət adamlarının evləri də hədəfə alınıb.


Müəllif: Mənsur Rəğbətoğlu