7 İyun 2023 11:11
845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanda iyunun 25-də keçiriləcək yeni seçkilərin favoriti, Yeni Demokratiya (YD) Partiyasının sədri, Baş nazir Kiriakos Mitsotakis Türkiyədə yeni, sabit və güclü hökumət qurulduğunu etiraf edib.

Teleqraf.com xəbər verir ki, Mitsotakis paytaxt Afinada keçirdiyi mitinqdə Türkiyəni örnək göstərərək seçicilərdən səs istəyib.

“Yunanıstana regionda baş verən geosiyasi proseslərin öhdəsindən gələ biləcək və ölkəni gələcəyə inamla apara bilən sabit hökumət lazımdır. Baxın, Türkiyənin yeni, sabit və güclü hökuməti var. Suverenliyimizi və suveren hüquqlarımızı qorumaq, ölkəmizin geosiyasi rolunu gücləndirməkdə davam etmək, quruda və dənizdə sərhədlərimizi təhlükəsiz şəkildə müdafiə etmək üçün Yunanıstanın da sabit hökumətə ehtiyacı var”, - baş nazir deyib.

Sorğular Mitsotakisin partiyası ND-nin seçkilərdə qalib gələrək təkbaşına hökumət qurmaq şansının yüksək olduğunu göstərir.

Seçkilərin birinci turu mayın 21-də keçirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər